Ağ ev: ABŞ “soyuq müharibə”nin əleyhinədir
Amerikanın Ağ evinin rəsmi nümayəndəsi Coş Ernest bəyan edib ki, “yeddiliyin” üzvləri və Birləşmiş Ştatlar “soyuq müharibə”nin əleyhinədirlər.
Bu barədə Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.
““Soyuq müharibə” ABŞ və G7-nin digər üzvləri üçün perspektiv deyil”, - Ernest G7-nin Bavariyada keçirilən sammitində bildirib.
“Ehtimal edirəm ki, bəziləri, əsasən də Putin, “soyuq müharibə”nin mentalitetini qaytarmaq və ya yenidən alovlandırmağa çalışırlar. Amma bu, ABŞ və ya “yeddiliyin” üzvlərinin planına daxil deyil”, - mətbuat katibi bildirib.
Mənbə:> Oxu.Az