Bakıdan Rusiyanın “gəlinlər şəhərinə” təyyarə ilə
İvanovo hava limanından ilk beynəlxalq aviareyslər 2016-cı ildə açıla bilər.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə İvanovo vilayətinin (Rusiya) qubernatoru Pavel Konkov bildirib.
Onun sözlərinə görə, bir sıra ölkələrə, o cümlədən də Azərbaycana aviareyslər həyata keçirmək planlaşdırılır.
Konkov dəqiqləşdirib ki, Azərbaycana reyslər il ərzində həyata keçiriləcək.
Qeyd edək ki, gəlinlər şəhəri Rusiyada İvanovo şəhərinin geniş yayılmış qeyri-rəsmi ləqəbidir.
Mənbə:> ANSPRESS