Azərbaycana 50 ədəd patron keçirmək cəhdinin qarşısı alındı
Dağıstanın “Tahirkənd-Kazmalar” gömrük postunda patron keçirilməsinin qarşısı alınıb.
Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə idarənin mətbuat xidmətindən bildiriblər.
“Standart” (5,6mm kalibrli) idman və ovçu silahı üçün deklarasiya edilməmiş 50 ədəd patron, Rusiyadan vətənə qayıdan Azərbaycan vətəndaşına şəxsi baxış zamanı aşkar edilib.
“Qanunsuz gətirilən patronlar müsadirə edilərək ekspertizaya verilib. Ekspertizadan sonra cinayət və ya administrativ qayda pozuntusuna dair işin açılacağı barədə məsələ həll ediləcək”, - Dağıstan Gömrük Komitəsinin mətbuat katibi Zoya Əmirxanova deyib.
Mənbə:> Oxu.Az