Bakıda bacı qardaşa görə tutuldu - FOTOLAR
Ədliyyə Nazirliyinin 11 saylı cəzaçəkmə müəssisəsinə telefon keçirmək cəhdinin qarşısı alınıb.
AZXEBER.COM Penitensiar xidmətin saytına istinadən xəbər verir ki, xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Cəsarət Rasim oğlu Mustafayevin yanına qısamüddətli görüşə gəlmiş bacısının üzərinə baxış keçirilib.
Tərtər rayon sakini Zümrüd Rasim qızı Mustafayevanın görüş otağında üzərinə və əşyalarına baxış keçirilən zaman əl çantasının içərisindən 1 ədəd “Nokia” markalı və 1 ədəd “Samsung” markalı mobil telefon aparatları, 1 ədəd “Cin” və 1 ədəd “Azercell” danışıq kartları aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.
Qeyd edək ki, Cəsarət Rasim oğlu Mustafayev Cinayət Məcəlləsinin 120.2.2 və 120.4 maddələrinə əsasən 14 il müddətinə azadlıqdan məhrum edilib.
Mənbə:> AZXEBER.COM