Proşenko Azərbaycana gəlir
2015-ci ilin ikinci yarısında Ukrayna prezidenti Pyotr Poroşenkonun Azərbaycana rəsmi səfəri planlaşdırılır.
AzNews.info APA-ya istinadən verdiyi məlumata görə, bunu Bakıda səfərdə olan Ukrayna xarici işlər nazirinin 1-ci müavini Natalya Qalibarenko deyib.
O bildirib ki, bu ilin ikinci yarısında prezident Pyotr Poroşenko və xarici işlər naziri Pavel Klimkinin Azərbaycana səfərləri nəzərdə tutulub.
Səfər zamanı iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Ukrayna hökumətlərarası komissiyasının iclası da keçiriləcək.
Mənbə:> APA