Varşavada məscidə donuz başları atdılar
Varşavada müsəlmanların mədəniyyət mərkəzinə donuz başları və ölü heyvanın digər hissələrini atıblar.
“Lifenews” saytı xəbər verir ki, yerli sakinlər heyvan hissələrini parkinqdə aşkar ediblər. Bu əməli törədənin “Polşanın müdafiə liqası” milliyyətçi təşkilatının nümayəndəsi olduğu müəyyən edilib.
Hüquq-mühafizə orqanları milliyyətçinin bu hərəkətini məbədin təhqiri kimi nəzərdən keçirilər və buna görə də ona qarşı “dini hisslərin təhqir olunması” maddəsi üzrə ittiham irəli sürülə bilər. Beləliklə, ekstremist xanımı ən azı iki il azadlıqdan məhrum edə bilərlər.
Qeyd edək ki, Polşanın paytaxtında müsəlmanların mədəniyyət mərkəzi ötən həftə fəaliyyətə başlayıb.
Mənbə:> Oxu.Az