Məktəblilərə sosial şəbəkə qadağan olunmalıdır? » AzNews.info -Xəbər portalı

Məktəblilərə sosial şəbəkə qadağan olunmalıdır? – VİDEO

Məktəblilərə sosial şəbəkə qadağan olunmalıdır?


Bəzi təhsil ekspertləri hesab edir ki, məktəblilər üçün sosial şəbəkələr qadağan olunmalı və müəyyən nəzarət mexanizmi yaradılmalıdır. Hətta qonşu Türkiyədə belə bir təcrübənin tətbiqinə də başlanılıb. Bəs görəsən qadağa çıxış yoludurmu? Valideynlər, xüsusilə də müəllimlərin üzərinə hansı məsuliyyət düşür?

AzNews.info-nun xəzərxəbər-ə istinadən məlumatına görə, bu şagirdlər 18 yaşdan kiçik olsalar da bütün sosial şəbəkələrdə hesab açıblar. Başqa sözlə sosial sosial şəbəkələr 18 yaşdan aşağı şəxslərə qadağan olunsa da bu na əhəmiyyət verilmir. Uşaqlar yaşlarını 18-dən böyük göstərməklə məhdudiyyətin praktikasını asanlıqla əngəlləyirlər.

Şagirdlər sosial şəbəkələrin onların dərsinə mane olmadığını desələr də, ekspertlər bunun əksini düşünür. Buna baxmayaraq, qadağa marağı daha da artırdığından sosial şəbəkələrdən istifadəni qadağan etmək çıxış yolu deyil.

Şagirdlərin sosial şəbəkələrə daha çox sosial çevrə yaratmaq üçün daxil olduğunu nəzərə alan ekspertlər müəllimlərin üzərinə daha çox məsuliyyət düşdüyünü deyirlər.
Valideynlərin isə bu məsələdə məsuliyyəti övladları ilə keçirdikləri vaxtla bağlıdır. Valideyn övladı ilə nə qədər çox vaxt keçirsə və onunla dost münasibətində olsa uşağın əlavə ünsiyyət vasitələrinə marağı bir o qədər azalar.

Digər variant isə uşaqları real dostluğa təşviq etməkdir. Sinif yoldaşları, məhəllədən həmyaşıdları kimi dostları ilə ünsiyyətin davam etməsi məktəbyaşlıların real ünsiyyətini möhkəmləndirər.


Mənbə: Xəzərxəbər
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *