Bu ölkə sinə selfisini qadağan etdi
Tayland höküməti qadınlara sinə selfisi çəkməyə qadağa qoyub.
ANS PRESS-in məlumatına görə, Taylandın məşhur qəzetlərindən olan "Thairath" yazıb ki, Mədəniyyət Nazirliyinin verdiyi qərarda son zamanlarda qadınlarda trend halına gələn "sinə selfi" görüntülərinin sosial şəbəkələrdə yerləşdirilməsinə qadağa qoyulub.
Mədəniyyət Nazirliyinin şöbəsi müdiri Yupha Thavevattanakijborvorn verdiyi açıqlamada bildirib ki, qadınların bellərindən sinələrinə qədər olan hissəsinin fotosunu çəkib yaymaları Tay mədəniyyətinə çox mənfi təsir edir. Buna görə sinə selfilərinə qadağa qoyulub.
Qəzet yazır ki, Taylandın internet fenomeni adını alan Roongtavan Chaiha sinə selfiləri hesabına yarım milyondan çox izləyicisi var və buna görə reklamlar alır.
Mənbə:> ANSPRESS