İŞİD-dən qadınlara ağlasığmaz işgəncə – FOTO
Terror təşkilatı olan İŞİD, diri-diri yandırma, yüksək binadan atma və qamçı kimi cəza üsullarına yenisini əlavə edib.
AzNews.info Bizimyol.info-ya istinadən xəbər verir ki, İŞİD Rakka şəhərində bir qadını cəzalandırıb. Almaniyanın "Bild" qəzetinə müsahibə verən 24 yaşlı Batol adlı qadın, başına gələnləri belə danışıb: "Bazarda özümə paltar alırdım. İŞİD-in qadın əsgərləri yanıma gələrək, geyimimin şəriət qaydalarına uyğun olmadığını söylədilər. Məni polis mərkəzinə apardılar. Mənə qırmanc ya da kəlbətini seçməyimi təklif etdilər. Qırmancdan qorxurdum. Kəlbətinlə isə nə edəcəklərini bilmirdim. Düşündüm ki, kəlbətinlə baş tutacaq cəza qırmancdan daha az ağrı verər. Dişləri olan bir şey gətirdilər. Onu sinəmə bağlayaraq sıxdılar. Ağrıdan qışqırırdım. Sinəmin tamamilə parçalandığını hiss elədim. Ağır yaralandığım üçün məni xəstəxanaya apardılar. Sonra öyrəndim ki, bu işgəncəni çox sayda qadına tətbiq ediblər"
Qeyd edək ki, "Sinə kəlbətini" adlı cəza üsulu orta əsrlər dövründən var. Bu üsul əsasən günhakar qadınlara tətbiq edilir. Günahı təsdiqlənmiş qadın üzərində həyata keçirilən bu işgəncə zamanı sinə kəlbətini qadının sinəsini anındaca bədənindən qopardır. Çox zaman həmin şəxs qan itirərək
Mənbə:> Bizimyol.info