Bu kişi qızının sevgilsini diri-diri basdırdı - VİDEO
Belə ki, 16 yaşlı qızının eyni yaşlı Onur adlı sevgilisi olduğunu öyrənən ata, gənci taparaq amansızca öldürüb. Əhməd adlı qəzəbli ata, qızının sevgilisinə 65 dəfə bıçaq zərbəsi endirib. Sonra isə onu diri-diri basdırıb.
Onurun sağ olaraq basdırılması, araşdırmalar nəticəsində aydın olub. Onurun ciyərindən 150 qram torpaq aşkar edilib. Bu da onun diri-diri basdırılmasını sübut edir.
Cinayətkar ata, ifadəsində hər şeyi olduğu kimi danışıb: "Qızımın sevgilsi olduğunu öyrəndim. Onu tapdım və oğlumla birgə Onuru meşəyə apardıq. Orada ondan tələb etdim ki, namusumu kirləməsin. Ya qızımla nişanlansın, ya da evlənsin. Amma o, razı olmadı. Mən də onu bıçaqlayaraq öldürdüm. Basdırarkən sağ olduğunu bilmirdim.
Can verərkən son sözü belə oldu: "Anama deyin məni bağışlasın. Ona çox əziyyət vermişəm". Kəşkə heç onu öldürməzdim. Çox peşmanam". (musavat.com)
Mənbə:> musavat.com