Müğənnidən həmkarlarına qəribə qadağa
Müğənni Şəbnəm Tapdıq Azərbaycandakı müğənnilərin “Şəbnəm” adı ilə çıxış etməsinn yolverilməz olduğunu deyib.
ANS PRESS-in məlumatına görə, müğənni bu haqda “Adam İçində” verilişində danışıb. “Bu ad mənə verilib, mənlə doğulub. Mənim adımın qeydiyyatı, təsdiqi var. Bu, mənim təxəllüsümdü və mən bu adla şeirlər yazıram. Müğənni Şəbnəm deyəndə insanların ağıllarına mən gəlirəm. Mən müğənnilərin səhnədə bu adla çıxış etməsini qadağan edirəm. Şəbnəm adlı şəxslər səhnədə çıxış etmək üçün özlərinə başqa ad götürsünlər. Nənəsinin, xalasının adını götürsün özünə”, - deyən müğənni əks halda həmin şəxsləri məhkəməyə verəcəyini bildirib. “Bu iddia yalnız müğənnilərə aiddir, səhnədə oxumayan insanlara aid deyil”, - deyə Şəbnəm Tapdıq əlavə edib.
Bu gün “Adam içində” verilişində həmin məsələ müzakirə ediləcək, proqrama hüquq müdafiəçiləri dəvət olunub. Onlar belə bir iddianın mümkün olub-olmamasını müzakirə edəcəklər.
Mənbə:> ANSPRESS