Mikayıl Cabbarovdan sosial şəbəkələrlə bağlı - XƏBƏRDARLIQ
Trend-in məlumatına görə, M.Cabbarov bu gün Bakıda keçirilən “Elektron hökumətin qurulması problemləri” mövzusunda ilk elmi-praktiki konfransda çıxışı zamanı deyib ki, bir çox ölkələrdə, hətta təhsil sistemi inkişaf etmiş ölkələrdə belə, sosial şəbəkələrdən istifadə üçün yaş məhdudiyyəti tətbiq edilir. Uşaqlar adətən 12 yaşdan sonra sosial şəbəkələrə qoşula bilirlər.
Nazirin sözlərinə görə, Azərbaycanda gənc nəsillərin sosial şəbəkələrdən istifadə etməsinin müsbət tərəfləri olsa da, bəzilərinin daha erkən yaşlarda - uşaq psixologiyası formalaşmadan sosial şəbəklərə qoşulması narahatedici haldır.
M.Cabbarov bu məsələ ilə bağlı cəmiyyət və ailələrin üzərinə də müəyyən işlərin düşdüyünü nəzərə çatdırıb.
Mənbə:> AZXEBER.COM