Azərbaycanda 5 aya 5 mindən çox ailə dağıldı » AzNews.info -Xəbər portalı

Azərbaycanda 5 aya 5 mindən çox ailə dağıldı

Azərbaycanda 5 aya 5 mindən çox ailə dağıldı


Cari ilin ilk 5 ayı ərzində ölkədə 66,4 min, yaxud hər gün orta hesabla 440 körpə doğulub, əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstərici 16,9 olub.

Bu barədə Oxu.Az-a Azərbaycanın Dövlət Statistika Komitəsindən bildiriblər.

Məlumata görə, doğulan körpələrin 53,6%-i oğlan, 46,4%-i isə qız uşaqlarıdır.

Körpələrin 1156-sı əkiz, 33-ü isə üçəm doğulub. Doğulan körpələr üçün 74,2 yaş, o cümlədən oğlanlar üçün 71,6 yaş, qızlar üçün 76,8 yaş ömür uzunluğu gözlənilir.

Hazırda hər 1000 nəfər kişiyə 1009 nəfər qadın düşür.

Bu ilin yanvar-may ayları ərzində rəsmi orqanlar tərəfindən 32,6 min nikah və 5,3 min boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə hesabı ilə ötən ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 7,9-dan 8,3-ə qədər artıb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (1,3) qalıb.

Dövlət Miqrasiya Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən cari ilin 5 ayı ərzində daimi yaşamaq üçün Azərbaycana 1034 nəfər gələn və 355 nəfər ölkədən gedən qeydə alınıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *