Bakı-2015: Bağlanışa tam hazırıq » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, İdman

Bakı-2015: Bağlanışa tam hazırıq

Bakı-2015: Bağlanışa tam hazırıq


"Olimpiya stadionu bağlanış mərasiminə tam hazırdır. Keçid prosesi tam başa çatıb". ANS PRESS-in məlumatına görə, bunu Bakı 2015 Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə bu gün 14 məkanda 9 idman növü üzrə yarışlar keçiriləcək və bu yarışları 29 minə yaxın tamaşaçının izləyəcəyi gözlənilir.

"Bu gün 23 medal dəsti sahiblərinə çatdırılacaq. Azərbaycan yığmasının uğurları əhalinin Oyunlara marağını artırıb. Bununla bağlı hər kəsi təbrik edirik. Bu, Azərbaycan heyətinin nailliyyətidi. 29 minə yaxın bilet artıq satılıb. Sabah isə 26 minə yaxın tamaşaçının olacağı gözlənilir. Bundan başqa Heydər Əliyev arenasında cüdo üzrə ilk yarış keçiriləcək".

O, hava proqnozuna görə, dünən kiçik dəyişiklik etdiklərini deyib. BMX velosiped yarışlarının vaxtında dəyişiklik olub. Dəyişikliklər bütün maraqlı tərəflərlə razılaşdırılıb.

S.Kleq bu uzun yolu gözəl nəticələrlə başa çatdırdıqlarını qeyd edib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *