Avropa Oyunlarına hazırlıqlar yekunlaşmaq üzrədir
Avropa Oyunlarınını başlamasına 7 gün qalıb. Avropa Oyunları Əməliyyat Komitəsi daha gərgin işləməyə başlayıb. Bütün obyektlərə baxış keçirən Bakı Avropa Oyunları Əməliyat Komitəsinin (BAOƏK) əməliyyatlar üzrə baş direktoru Saymo Kleqin sözlərinə görə, görülməli işlər artıq başa çatır.
“Bu səhər mən “Baku Kristal Zal”, Avropa Oyunları parkı, və Bakı İdman Zalında oldum. Gördüm ki, bu il ərzində planladığımız işlərin hamısı həyata keçmişdir. İki gün əvvəl də Mingəçevirdə oldum, oradakı Olimpiya şəhərciyi və obyektlərimizə baş çəkdim. Burada planlaşdırdığımız işlərin hamısı yekunlaşıb. Orada olimpiyanın 20 qızıl medalı uğrunda idmançılarımız mübarizə aparacaqlar”.
Artıq xarici ölkə nümayəndələrinin və media nümayəndələrinin payaxta gəlməyə başladığını deyən Saymon Kleq bilet satışının vəziyyəti ilə bağlı da məlumat verdi. Onun sözlərinə görə, azərbaycanlıların maraq göstərdiyi idman növləri üzrə bilet satışı daha çoxdur:
“Açılış mərasiminin biletləri demək olar ki, tamamilə satılıb. Artıq gələ həftə biz deyə biləcəyik ki, bütün Olimpiya Stadionu dolmuşdur. İdman yarışlarının demək olar ki, hamısına olan biletlərin satışında vəziyyət qənaətbəxşdir. Amma Azərbaycanda daha çox maraq göstərilən idman növləri var ki, - boks, taekvando, karate, bədii gimnastika, güləş kimi, bunarın biletlərində satış daha çoxdur. Amma digər idman növləri üzrə yarışların da biletləri satışı pis deyil”.
Qurum rəsimisi onu da bildirdi ki, gələn həftə ümumi işlərlə bağlı yekun məlumatlar veriləcək.
Qeyd edək ki, I Avropa Oyunları iyunun 12-də başlayacaq və 28-nə qədər davam edəcək.
Mənbə:> ANSPRESS