AZAL-ın müştərisi NyuYorka bilet və 1500 manat qazandı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

AZAL-ın müştərisi NyuYorka bilet və 1500 manat qazandı

AZAL-ın müştərisi NyuYorka bilet və 1500 manat qazandı


Bakı 2015 və AZAL ilk şanslı qalibin adını açıqladı. ANS PRESS-in məlumatına görə, bu Ofeliya Abdullayevadır. Bilet nömrəsi püşkatma ilə seçilmiş Xanım Abdullayeva AZAL tərəfindən NyuYork şəhərinə iki nəfərlik biznes klas, gediş-gəliş uçuş bileti və 1500 AZN məbləğində cib xərcliyi qazandı.

Bakı 2015-in şanslı qalib kampaniyası onlayn bilet alan yerli tamaşaçılar üçün rəsmi tərəfdaşların təqdim etdiyi xüsusi hədiyyələr üçün keçirilir. Növbəti qaliblər P&G-dan illik məhsul tədarükü, Nar Mobile-dan ömürlük danışıq paketi və Tissotun xüsusi hazırladığı, kişi və qadın saatlarını əldə edəcəklər. Bütün mükafatlara Bakı 2015 Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinə iki yerlik bilet də daxildir.

Şanslı qalib, O.Abdullayeva sevincini bölüşərək dedi: "Şanslı qalib hədiyyəsini qazanmaq həyata keçmiş arzu deməkdir. Nyu Yorka səyahət etmək imkanı insana həyatda bir dəfə verilən şans kimidir. Lakin bundan öncə, Birinci Avropa Oyunları və mərasimləri bizi gözləyir. Mən, AZAL və Bakı 2015-ə təşəkkürümü bildirirəm".

Azərbaycan Hava Yolları QSC-nın prezidenti Cahangir Əsgərov bildirdi: "Azərbaycan Hava Yolları Birinci Avropa Oyunlarının rəsmi tərəfdaşı olmaq və açılış mərasimindən də əvvəl öz rolunu oynamaq istəyir. Biz, qalibin NyuYork şəhərinə səyahətdən və Bakı 2015 mərasimlərində iştirakdan məmnun qalaraq, Azərbaycan üçün bu tarixi anın əhəmiyyətini daha da artıracağına əminik.

Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq şanslı müştərini təbrik edib.

Xatırladaq ki, 12-28 iyun tarixlərində keçiriləcək Bakı 2015 Birinci Avropa Oyunları Avropa qitəsi üçün çoxsaylı idman növləri üzrə baş tutacaq çox maraqlı və innovativ yarışlar olacaq.

Bakı 2015 Birinci Avropa Oyunları ümumilikdə, 20 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı Olimpiya, 4-ü qeyri-olimpiya idman növündə olacaq. Oyunlarda Avropanın müxtəlif ölkələrindən 6000-dən çox idmançının 17 yarış günü müddətində öz ölkələrini təmsil edəcəyi gözlənilir.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *