Heydər Əliyev prospektində təmir işləri aparılıb
Bakıda yol ötürücülərində təmir işləri başa çatıb.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Oxu.az-a bildirib ki, Bakının Xətai rayonu ərazisində yerləşən Heydər Əliyev, Babək prospektləri və Yusif Səfərov küçəsinin kəsişməsində yerləşən yol ötürücüsündə aparılan təmir işləri artıq sona çatıb.
Təmir işləri çərçivəsində yol ötürücüsünün fasad hissəsi yeni dizaynda təmir olunaraq sürücülərin ixtiyarına verilib. Təmir işləri çərçivəsində yol ötürücüsünün köhnə fasadı tamamilə yenilərilə əvəz olunub. Həmçinin yol ötürücülərini işıqlandırma sistemi yenidən qurulub.
Anar Nəcəfli əlavə olaraq qeyd edib ki, piyadaların rahatlığını nəzərə alınaraq Heydər Əliyev prospektindəki piyada keçidi də yenidən təmir olunaraq istifadəyə verilib.
“Həmçinin Heydər Əliyev prospektində yerləşən yerüstü piyada keçidinin fasadı da yenilənib. Vaxtilə inşa olunan yerüstü piyada keçidində quraşdırılan eskalator piyadalar üçün müəyyən çətinliklər yaradırdı. Məhz bu nəzərə alınaraq eskalatorun giriş istiqamətləri dəyişdirildi”.
Mənbə:> Oxu.Az