Avropa Oyunlarının Bağlanış Mərasimi günü bu yollar bağlanacaq » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Avto

Avropa Oyunlarının Bağlanış Mərasimi günü bu yollar bağlanacaq – SİYAHI

Avropa Oyunlarının Bağlanış Mərasimi günü bu yollar bağlanacaq


Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edib.

NİİM-dən Oxu.Az-a verilən məlumata görə, 28 iyun Bakı 2015 İlk Avropa Oyunlarının Bağlanış Mərasimi günü bəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bağlanış Mərasimi günü aşağıda qeyd olunan yollarda nəqliyyat vasitələrinin hərəkəti saat16.00-dan gecə saat 2.00-a qədər məhdudlaşdırılacaq:

- Heydər Əliyev prospektinin Babək qovşağından Sabunçu qovşağına qədər olan hissəsi

- Mehdi Hüseyn küçəsinin Parlament prospektindənTeymur Elçin küçəsi ilə kəsişməsinə qədər olan hissəsi

Bağlanış Mərasiminə bileti olan hər kəsə genişləndirilmiş iş rejimində fəaliyyət göstərəcək ictimai nəqliyyat xidmətlərindən istifadə etmələri tövsiyə edilir.

Belə ki, iyunun 28-i metro səhər saat 06.00-dan gecə saat 02.00-a qədər və Ekspres Avtobuslar səhər saat 05.00-dan gecə saat 02.00-a qədər fəaliyyət göstərəcək.

Bakı 2015 Avropa Oyunları zamanı nəqliyyat haqqında ən son məlumat üçün aşağıda qeyd olunmuş mənbələrə müraciət edə bilərsiniz:

- www.baku2015.com

- Bakı 2015 Tamaşaçılar üçün Məlumat Mərkəzi - 2015 nömrəsinə zəng etməklə əlaqə saxlamaq olar;

- Radio dalğası (107.7 FM), internet səhifəsi (www.niim.az), Facebook səhifəsi və Məlumat Mərkəzi də daxil olmaqla, NİİM-in məlumat kanalları

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *