Bakıda yol polisi-sürücü davası: xəsarət alan var » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Foto

Bakıda yol polisi-sürücü davası: xəsarət alan var – FOTO

Bakıda yol polisi-sürücü davası: xəsarət alan var


"8-ci kilometr bazarı"nını yaxınlığındakı "Diqalas" alış-veriş mərkəzinin önündə DYP-nin evakuasiya xidmətinin əməkdaşları ilə sürücülərin arasında əlbə-yaxa dava-dalaşla müşayiət olunan insident baş verib.

Hadisə yerində olan əməkdaşımızın verdiyi məlumata görə, davanın səbəbi ticarət mərkəzinin qarşısında avtomobillərin saxlanılması üçün nəzərdə tutulan meydançadan yol polisinin evakutor maşınları ilə avtomobilləri cərimə meydançasına aparmaq istəməsi olub. Sürücülər buna etiraz ediblər. Nəticədə münaqişə yaranıb və əsəbləri tarıma çəkilmiş tərəflər arasında əlbə-yaxa dava düşüb.

Əməkdaşımızın verdiyi xəbərə görə, evakuasiya xidmətinin əməkdaşlarından biri etiraz edən sürücünü (onların adını hələlik dəqiqləşdirmək mümkün olmayıb) möhkəm döyüb. Ciddi bədən xəsarəti alan sürücünün halı pisləşib və üstünə təcili tibbi yardım briqadası çağırılıb.

Daha sonra ətrafa çoxlu adamlara yığılıb və hadisə yerinə cəlb edilmiş polis qüvvələri tamaşaçıları olay yerindən uzaqlaşdırmağa çalışıblar.

Əməkdaşımız xəbər verir ki, hadisə yerinə artıq ikinci təcili yardım maşını da çağrılıb.

Gərginlik davam edir.

Reportyorumuz xəbər verir ki, polislər sürücülərdən birini saxlayaraq polis bölməsinə aparıblar.

Bakıda yol polisi-sürücü davası: xəsarət alan var
Bakıda yol polisi-sürücü davası: xəsarət alan var
Bakıda yol polisi-sürücü davası: xəsarət alan var
Bakıda yol polisi-sürücü davası: xəsarət alan var
Bakıda yol polisi-sürücü davası: xəsarət alan var
Bakıda yol polisi-sürücü davası: xəsarət alan var

Mənbə: Musavat.com
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *