Məsciddə kütləvi dava: onlarla xəsarət alan var » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Video

Məsciddə kütləvi dava: onlarla xəsarət alan var – VİDEO

Məsciddə kütləvi dava: onlarla xəsarət alan var

Rusiya Federasiyasının İnquşetiya Respublikasındakı məscidlərin birində dindarlar arasında kütləvi dava düşüb.

ANS PRESS-in məlumata görə, hadisə Nazran kəndində qeydə alınıb.

Kənd ərazisindəki məscidlərin birində müsəlmanlar cümə namazı qılarkən anlaşılmazlıq yaranıb. Nəticədə müxtəlif təriqətlərə mənsub şəxslər arasında əlbəyaxa dava düşüb.

Kütləvi dava nəticəsində onlarla insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanalara yerləşdirilib.

Dava cümə namazı zamanı imamın hərəkəti səbəbindən baş verib. İmam İsa Kmkoev namazın rükətlərindən birini az qılıb. Bu da namaz qılan insanlar arasında çaşqınlıq yaradıb. İnsanlardan biri minbərə çıxaraq özünü camaatın üstünə atıb.

Polis baş verən hadisəni araşdırır.


Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *