Xidmət rəisi: Dövlət Əmək Müfəttişliyinin 5 işçisinə töhmət verilib
ƏƏSMN məlumat yaydı.
Əmək və Əhalinin Sosial Müdafiəsinazirliyinin (ƏƏSMN) 19 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin (DƏM) rəisinə, 7 saylı region üzrə DƏM-nin 4 nəfər əmək müfəttişinə töhmət verilib.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə bildirib.
F.Əlizadə bildirib ki, funksional vəzifələrinin icrasında nöqsanlara yol verdiklərinə görə həmin şəxslərə töhmət verilib.
Qeyd edək ki, yanvar-may aylarında xidmət tərəfindən idarə, müəssisə və təşkilatlarda əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti zamanı iş yerlərində 6 599 halda əmək qanunvericiliyinin pozulması faktı aşkar edilib.
Mənbə:> Oxu.Az