İş axtaranların nəzərinə!
2015-ci ilin iyun ayında 3 rayonda əmək yarmarkası keçiriləcək.
Bu barədə Oxu.Az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) məlumat verilib.
Məlumata görə, cari ay ərzində Tovuz, Ağstafa, Neftçala rayonlarında əmək yarmarkalarının keçirilməsi planlaşdırılır.
“Hazırda həmin rayonların məşğulluq mərkəzləri tərəfindən əmək yarmarkalarına hazırlıq işləri çərçivəsində idarə, müəssisə və təşkilatlardan boş (vakant) iş yerləri barədə məlumatlar toplanmaqdadır” - deyə, nazirlik bildirir.
Qeyd edək ki, tədbirlərdə işəgötürənlərin nümayəndələri də iştirak edəcək.
Xatırladaq ki, sosial cəhətdən həssas əhali qruplardan olan vətəndaşlar, o cümlədən əlilliyi olan şəxslər üçün kvota əsasında boş iş yerlərinin təqdim olunması da nəzərdə tutulur.
Mənbə:> Oxu.Az - Ülviyyə R.Əli