Əcnəbilərə dilimiz öyrədilmir » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Video

Əcnəbilərə dilimiz öyrədilmir – VİDEO

Əcnəbilərə dilimiz öyrədilmir


Avropa Oyunları ərfəsində paytxatımıza gələn turistlərə Azərbaycanın mədəniyyəti barədə məlumat verilməsi üçün kifayət qədər işlər görüldü.

Mətbəximizin təqdim olunması üçün restoran və otellərlə iş aparıldı. Tarixi yerlərə səyahətlər təşkil edildi. Amma unudulan incə lakin çox önəmli bir məqam oldu. Bu da ki, dilimizin xarici vətəndaşlara öyrədilməsi idi. Halbuki özümüz də oyunlara hazırlıq çərçivəsində ingilis dilini öyrənmək üçün kifayət qədər canfəşanlıq gösərmişdik.

Metropolitenin mühafizə polislərindən, sürücülərə qədər, səhiyyə işçilərindən, yol polislərinə qədər hamıya dil öyrədildi. Amma paytaxta gələn turistlərə də elementar Azərbaycan dilini mənimsətmək üçün nələrisə etmək olardı.

Bəlkədə heç gec deyil. Məsələn, paytaxtda turistlərin ən çox gəzdikləri məkanlara dilimizi təbliğ edən tablolar qoyula bilər. Turistlərin tanışılığı üçün müxtəlif broşurlar hazırlanır. Bu məlumatlandırıcı mənbədə Azərbaycan dilində məlumatlar, ən azı salam - sağol sözləri əksini tapa bilər. Bəzilərimiz nəinki bunu etmirik, hətta öz dilimizdə danışmağı belə özümüzə ayıb bilirik.

Dilimizə olan laqeyidliyimizi isə tək mən yox elə turistlər də anlayıblar.

“Mən əgər burda uzun müddət qalsaydım sizin dili öyrənərdim. Amma burda olduğum müddətdə gördüm ki, insanlar daha çox rus dilində danışırlar. Burda oduğum vaxtda insanlar çox vaxt mənimlə də rus dilində danışmağa çalışırdılar”, – deyə Braziliyalı turist Fernanda Felip bildirib.

Buna baxmayaraq Braziliyalı turist ən azından Azərbaycanda olduğu müddətdə bizim dildə bir neçə sözü öyrənə bilib:

“Düz, salam, çox sağ ol”.

Turistlərin bəziləri isə dilimizi öyrənməməklərini belə izah etdilər.

“Mən birinci dəfədir bura gəlirəm. Azərbaycan dilini bilmirəm. Qısa müddətdə gəlmişəm. Ona görə də öyrənməmişəm”, – deyə turist qeyd edib.

Ona bir söz deyə bilmərəm. Deyə biləcəyim odur ki, öyrətməmişik. Heç öyrətməyə çalışmamışıq da. Axı böyüklərimizdən bunu görməmişik . Bizə Həmişə dilimizlə fəxr etmək və onu hər fürsətdə təbliğ etmək aşılanıb.

“Hər bir insan üçün onun milli mənsubiyyəti, onun qürur mənbəyidir. Mən həmişə fəx etmişəm, bu gündə fəxr edirəm ki, mən azərbaycanlıyam” – deyə xalqımızın ümummilli liderinin Heydər Əliyev bildirib.

Amma öyrəmnək heç vaxt gec deyil. Gəlin bu gündən özümüzdən öyrənək və hər kəsə də öyrədək.


Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *