İş yerlərində bir ayda 11 bədbəxt hadisə olub
Ötən ay iş yerində baş verən qəza nəticəsində 11 bədbəxt hadisə baş verib.
Bu barədə virtualaz.org saytına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev məlumat verib.
E.Babayev bildirib ki, bədbəxt hadisələr nəticəsində xəsarət alanların sayı da azalıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə mayda 3,4 dəfə azalma qeydə alınıb. Bu il ərzində qrup halında istehsalatla əlaqəli bədbəxt hadisə baş verməyib. Ötən ilin ilk beş ayında isə belə qəzaların sayı 15 olub
Mənbə:> Virtualaz.org