Nazirlik: İstehsalatda bədbəxt hadisələrin sayı azalıb
2015-ci ilin may ayında istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı 2014-cü ilin analoji dövri ilə müqayisədə 2,2 dəfə azalaraq 11-ə enib.
Bu barədə Oxu.Az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) bildirilib.
Həmçinin bu hadisələr zamanı xəsarət alanların sayında 3,4 dəfə azalma qeydə alınıb.
Baş vermiş istehsalatla əlaqəli bədbəxt hadisələrlə bağlı olaraq, nazirlik tərəfindən müvafiq qaydada təhqiqat işləri aparılaraq, qanunauyğun tədbirlər görülüb.
Ümumən cari ilin yanvar-may aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı 44 %, həmin hadisələr nəticəsində dünyasını dəyişənlərin sayı 47,2 %, xəsarət alanların sayı isə 2,1 dəfə azalıb.
2014-cü ilin 5 ayında qrup halında istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı 15 olduğu halda, bu ilin yanvar-may aylarında belə hadisə özünü göstərməyib.
Mənbə:> Oxu.Az