Bəylə-gəlinə ZAQS-a BTR-də getmək xidməti
Lakin Rusiya paytaxtının nikah agentliklərindən biri təzə bəy və gəlinə göz öyrəşmiş ənənəvi limuzin əvəzinə toya və ya nikahın qeydiyyatı üzrə şöbəyə (ZAQS) BTR-də yollanmağı təklif edir.
Toy səyahəti üçün BTR-in kirayəsi təzə bəy və gəlinə orta hesabla 100 min rubla və ya 2000 dollara başa gələcək.
Agentlik menecerinin Rusiyanın NTV televiziya kanalına bildirdiyinə görə, konkret ödəniş BTR-in marşrutundan asılı olaraq göstərilmiş orta məbləğdən bir qədər fərqlənə bilər.
"Moskvanın mərkəzilə BTR-də gəzmək şəhərkənarı yollarla hərəkət etməkdən daha bahadır" - deyə agentlik meneceri NTV kanalına bildirib.
Onun sözlərinə görə, pula qənaət etmək istəyənlər şəhərətrafı yollardan keçən alternativ marşrutdan istifadə edə bilərlər.
Moskva Yol Polisi "Эxo Moskvı" radiosuna bildirib ki, zirehli maşınların paytaxt küçələri ilə hərəkət edə bilməsi üçün xüsusi icazə almaqla yanaşı bu məsələni polislə də razılaşdırmaq tələb olunur.
Digər bir Moskva şirkəti isə BTR-ləri müştərilərin şəxsi mülkiyyətinə satmağa da hazır olduğunu bildirib.
"Deyilənə görə, hərbi BTR-in qiyməti təxminən yeni xarici avtomobilin qiyməti ilə müqayisə edilə bilər" - deyə "Exo Moskvı" bildirib.
Mənbə:> Virtualaz.org