Dilənçiliyə icazə verildi, amma... » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Dünya

Dilənçiliyə icazə verildi, amma...

Dilənçiliyə icazə verildi, amma...


Rusiyanın paytaxtı Moskvanın bir neçə yerində ianə bağışlamaq və son dərəcə imkansızlara dilənmək üçün icazə verilir.

ANS PRESS-in məlumatına görə, Moskvanın dilənçilik problemi Dövlət Dumasında müzakirəyə çıxarılıb. Deputatlar dilənçiliklə mübarizə yollarını təklif ediblər. Qanun layihəsinin detalları üzərində parlament komissiyası işləyəcək. Xüsusi statuslu dilənçilərin cərimədən azad edilməsi planlaşdırılır.

Cəzaların sərtləşdirilməsi təklifi və hər şeydən əvvəl metroda dilənçilik məsələlərinə yenidən baxılacaq. Hazırda ictimai yerlərdə dilənçiliklə məşğul olanlar üçün 2,5-5 min rubl cərimə nəzərdə tutulub.

Moskva şəhər dumasında ərtafdakılardan pul, yemək, geyim və ya başqa qiymətli şeylər istəmək dilənçilik kimi qəbul edilir.

Yeri gəlmişkən, Moskva metropoliteni ictimai əsayişin mühafizəsi bölməsinin rəisi Sergey Aqafanov yalnız 9 ay ərzində paytaxt metropolitenində 2946 dilənçi saxlanıldığını bildirib. Bu da orta hesabla ayda 300 nəfər edir. Rəisin sözlərinə görə, Moskvada əsasən miqrantlar dilənçiliklə məşğul olurlar.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *