Tornado şəhəri yox etdi – FOTO
Tornado Meksikada bir şəhəri viran qoyub.
“Qafqazinfo” Spiegelə istinadən xəbər verir ki, Meksikanın şimalında baş verən Tornado nəticəsində Syudad-Akunya şəhərində 13 nəfər ölüb, 300-ə yaxın yaralı var. 80 bina tamamilə məhv olub, 750 bina və çoxsaylı nəqliyyat vasitələri zərər görüb. Şimal əyalətində Daxili İşlər Nazirliyi fövqəladə vəziyyət elan edib. Meksika mətbuatının yazdığına görə, ərazidə ümumi xaos var. 1.8 km uzunluğundakı zolaq qasırğa nəticəsində viran qalıb. Bələdiyyə sədri Lenin Perez bu kimi hallara vərdiş olmadıqlarını deyib: “Bu çox gözlənilməz oldu, biz buna hazır deyildik. 110 il ərzində şəhərdə belə Tornado olmayıb”.
Mənbə:> Bizimyol.info