ABŞ-da şəhəri su basdı – FOTO
ABŞ-da 2 gün öncə tüğyan edən Norbert qasırğasının qalıqları Feniks şəhərində 1 günə yağıntının rekord göstəricisin yaşadıb.
ANS PRESS-in məlumatına görə, ölkənin milli hidrometrologiya xidməti səhər saatlarında 2,99 duym (7,6 santimetr) yağıntı qeydə alıb ki, bu da keçmiş rekord olan 2,91 duym göstəricini keçib.
Güclü yağıntılar yarımsəhra şəhərciyin bəzi yerlərində 3-4 metr dərinliyində gölməçələr yaradıb və sel suları maşınları yuyub aparıb.
Arizona nəqliyyat departamentinin məlumatına görə, onlarda olan nasos stansiyalar yağıntının əmələ gətirdiyi gölməçələrin qarşısını ala bilməyib. Departamentin mətbuat xidmətinin rəhbəri Barret Beyker bildirib ki, bu bizim gördüyümüz ən dəhşətli yağıntılar olub.
Yağıntılar zamanı güclü sel nəticəsində onlarla insan maşını ilə birgə sürüklənib. Xialsetmə qüvvələri çalışsalar da maşınında sel sularına əair düşən bir qadını xilas edə bilməyiblər. O yaşadığı evdən 2 kvartal kənarda ölü tapılıb.
Hazırda 10 mindən çox insan elektrik enerjisiz qalıb.
Qeyd edək ki, Saffir-Simpson göstəricisinə görə 3-cü kateqoriyaya aid Norbert qasırğası Meksika ştatları olan Qərbi və Aşağı Kaliforniyada sahillərindən başlayıb. Qasırğa nəticəsində bölgədə qırmızı (ən yüksək) həyəcan elan edildiyindən, iki min insan yaşayış yerini tərk edərək sığınacaqlarda gecələməli olub.
Mənbə:> ANSPRESS