Meksika yeni təhlükə ilə üz-üzə
Meksika "Norbert" tropik qasırğasından sonra özünə gəlməmiş, ölkənin sahillərində yeni qasırğa təhlükəsi yaranıb.
ANS PRESS-in məlumatına görə, "Odile" qasırğası hazırda Meksikanın şimal-qərb sahillərinə doğru hərəkət edir. Qasırğanın mərkəzində küləyin sürətinin saatda 20-25 kilometr olduğu, lakin getdikcə güclənəcəyi bildirilir.
Ekspertlər qasırğanın artıq bu gün Meksika sahillərinə çatacağını proqnozlaşdırırlar. Federal hökumət artıq yerli sakinlərə pis hava şəraiti ilə bağlı xəbərdarlıq edib və sahilə yaxın yaşanlara evdən çıxmamağı tövsiyə edib.
"Odile" qasırğasının gələn həftənin ortalarında Amerika Birləşmiş Ştatlarının Kaliforniya sahillərinə çatacağı gözlənilir.
Mənbə:> ANSPRESS