Aqrometeoroloji şərh
Sentyabrın 10-11-də respublikanın rayonlarında hava şəraiti iqlim normasına yaxın temperatur rejiminin üstünlüyü ilə keçəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, hava şəraitinin Mərkəzi-Aran rayonlarında yağmursuz keçəcəyi gözlənilir.
Dağlıq və dağətəyi rayonlarda isə əsasən gecə və axşam saatlarında az yağış yağacağı, şimşək çaxacağı ehtimal olunur.
Belə hava şəraiti məhsulun yığımında və payızlıq əkinləri səpinqabağı işlərin aparılmasında əsasən çətinliklər yaratmayacaq.
Qeyd edək ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyinin güclənəcəyi ehtimal olunur. Rayonlarda da qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Mənbə:> ANSPRESS