Dörd nəfəri xilas etdiyini deyən fəhlənin atası danışdı: “Oğlum yalan danışır” » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Dörd nəfəri xilas etdiyini deyən fəhlənin atası danışdı: “Oğlum yalan danışır”

Dörd nəfəri xilas etdiyini deyən fəhlənin atası danışdı: “Oğlum yalan danışır”


Ağsu rayonunda yaşayan Uğur Babayev oğlunun yanan binadan dörd nəfəri xilas etdiyi barədə iddialarını telekanaldan izlədiyini deyib: “Televizorda onun şəklini gördüm. Əllərini göstərir, deyir ki, ayaqları yanıb. Amma əllərində heç nə yoxdur”.

Uğur Babayevin sözlərinə görə, oğlunu açıqlama verməyə razı olsa da, sonradan su almaq bəhanəsi ilə qaçıb: “Oğlumla burada idik. Dedi bura dəyib gəlirəm, qaçıb. Hərəkətlərində bildirir ki, çatışmazlıq var. Rayonda olanda, öz yanımda olanda bilirdim ki, yalan danışmağı sevir, nə deyir, yalan deyir”.

Uğur Babayev qeyd edib ki, oğlu uşaq vaxtı ürəkkeçmədən əziyyət çəkib və buna görə müalicə götürüb.

Qeyd edək ki, saytın əməkdaşları son iki gün ərzində Kamran Babayevlə əlaqə saxlayaraq reportaj hazırlamaq istəyib, lakin Kamran Babayev Ağsu rayonunda olduğunu, Bakıya bir həftədən sonra gələcəyini bildirib. Atası isə oğlunun yalan danışdığını, bu müddət ərzində Bakıda olduğunu deyib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *