Gəlini döyən bəyin atası danışdı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Kriminal

Gəlini döyən bəyin atası danışdı

Gəlini döyən bəyin atası danışdı


Aprelin 25-i toyda bəyin gəlini döyməsi xəbəri ajiotaj doğurub. “Xudafərin” şadlıq evində baş verən hadisəni Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsindən təsdiqləyiblər. Bildirilib ki, bəydən izahat alınıb. Amma bəyin atası danışıb və deyilənləri yalan adlandırıb.

AzNews.info xəbər verir ki, Sənan Ələkbərovun valideyni Elman Ələkbərov azvision.az-a deyib ki, oğlu gəlini döyməyib:

“Hazırda gəlinim də, oğlum da evimizdədir. Davaya görə oğlum həbs edilməyib. Toyda dava düşməyib. Sadəcə, tanımadığımız iki cavan mübahisə edirdi. Biz də onları araladıq. Kütləvi dava da baş verməyib. Bunu deyənlər qələt edirlər. Yalan deyirlər, oğlum gəlini döyməyib. Sənan hazırda yanımda, Naxçıvandadır. Onlar xoşbəxtdirlər”.

E.Ələkbərov qeyd edib ki, gəlinin atası onun bibisi oğludur:

“Münasibətlərimiz də çox yaxşıdır. Biz ora polisin gəldiyini də görmədik. Gecə saat 11-ə qalmış toyumuz başa çatdı. Oğlum gəlinə heç vaxt əl qaldırmayıb”.

Mənbə: AzVision.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *