Bakıda küçə ticarətinin sonu çatır
Bu barədə virtualaz.org saytına qurumdan məlumat veriblər.
Xəbərdə deyilir ki, I Avropa Oyunları ilə bağlı Bakı, Mingəçevir, Qəbələ, Şəki, İsmayıllı, Şamaxı və Qusarda iyulun 1-dək gücləndirilmiş iş rejimi tətbiq ediləcək.
Əmrdə göstərilir ki, Bakı şəhər Baytarlıq İdarəsi və onun tabeliyində çalışan işçilərə göstərişlər verilsin. Həmin ərəfədə mülkiyyət formasından asılı olmayaraq heyvanların, heyvan mənşəli məhsulların və xammalın ticarəti aparılan bütün yerlərdə nəzarət tədbirləri, yoxlamalar aparılacaq. Ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda və dövlət baytarlıq (baytarlıq-sanitariya) nəzarətindən keçməyən heyvan mənşəli məhsulların və xammalın satışının qarşısı alınmasına da göstəriş verilib.
Bazarlarda, mal bazarlarında, eləcə də kənd təsərrüfatı məhsulları satılan ticarət mərkəzlərində də yoxlamalar aparılacaq.
Mənbə:> Virtualaz.org