Kürdəmirdə 165 kq at əti tapıldı » AzNews.info -Xəbər portalı

Kürdəmirdə 165 kq at əti tapıldı

Kürdəmirdə 165 kq at əti tapıldı


Kürdəmirdə satış üçün nəzərdə tutulan at əti aşkarlanıb. Dövlət Baytarlıq Xidmətinin mətbuat mərkəzinin rəhbəri Yolçu Xanvəlinin ANS PRESS-ə verdiyi məlumata görə, aprelin 15-i axşam saatlarında Kürdəmir Rayon Baytarlıq İdarəsi rayonun Xınıslı kənd sakini Bağırov Anar Ağarəsul oğluna məxsus həyətdə antisanitariya vəziyyətdə kəsim haqqında məlumat daxil olub.

Axtarış nəticəsində baytarlıq-sanitariya ekspertiza laboratoriyasından keçməyən 165 kq miqdarında at əti aşkar olunub.

Aparılan araşdırma zamanı atın yeni kəsildiyi və satış üçün hazırlandığı məlum olub.
İlkin olaraq ətdən laboratoriya müayinəsi üçün nümunələr götürülmüş (heyvanın başı və ayaqları olsa da) və baytarlıq-sanitariya qaydalarına uyğun Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Aşkar edilmiş ət mənşəyi məlum olmayan məhsul kimi zərərsizləşdirilib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *