Yandırılan itlər haqda məlumat
Kənd Təsərrüfatı Nazirliyi son zamanlar ictimaiyyətdə sahibsiz heyvanların məhv edilməsi ilə bağlı yayılan məlumatlarla bağlı açıqlama yayıb.
ANS PRESS-in nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, heyvanların qorunması və xəstəliklərə qarşı profilaktik tədbirlər mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun olaraq vaxtında həyata keçirilir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən vəhşi təbiətdə quduzluq xəstəliyi ilə mübarizə məqsədilə əlli min doza oral üsulla peyvənd aparılması üçün vaksin alınıb. Bu məqsədlə Xidmətin əməkdaşları meşə zonası rayonlarına, həmçinin Bakı və Sumqayıt şəhərlərinə ezam edilib. Ölkə üzrə 2014-cü ildə qeydiyyata düşmüş 250 minə yaxın itdə quduzluq xəstəliyinə qarşı peyvəndləmə aparılıb.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən ciddi nəzarət altında, Beynəlxalq Epizootik Büronun standartlarına uyğun həyata keçirilir. Biomüxtəliflik və kənd təsərrüfatı mühiti əsaslı və davamlı şəkildə mühafizə olunur. Sahibsiz heyvanların mühafizəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun həyata keçirilir və gələcəkdə də bu işlərin davam etdirilməsi nazirliyin nəzarətindədir.
Mənbə:> ANSPRESS