Əhali yanğından zərər çəkənlərə yardım toplayır – FOTO
Zəhra Bədəlbəyli dünən Azadlıq prospektində 16 mərtəbəli binada baş verən yanğınla bağlı edilən yardım aksiyası haqqında danışıb.
ANS PRESS-ə verdiyi məlumata görə, yardım aksiyası müvəqqəti olaraq dayandırılıb. "İnsanlar müraciət edərək yanğından zərər çəkənlərə yardım etmək istədiklərini bildiriblər. Lakin hazırda yardımları toplamağı dayandırmışıq. Çünki onları saxlamağa yerimiz yoxdur. Əlimizdə toplanan yardımları paylayandan sonra ehtiyac olarsa, davam etdirəcəyik. Həmin binanın sakinlərinin əksəriyyəti hələlik yardım aksiyası haqqında xəbərdar deyillər. Kimin daha çox ehtiyacı olduğunu, nəyə ehtiyacı olduğunu müəyyən edəndən sonra yardımlar paylanacaq. Lakin biz müraciət edənlərə də kömək edirik", - deyə o bildirib.
Xatırladaq ki, mayın 19-da səhər saatlarında Binəqədi rayonunun Azadlıq prospektində yerləşən binada 16 mərtəbəli binanın fasadının alışması nəticəsində yanğın qısa zamanda bütün binanı əhatə edib. Hadisə nəticəsində 15 nəfər ölüb, onlarla insan yaralanıb.
Kərimova Ayan Anar qızıdır 5 yaş
Hüseynov Ayxan Şahin oğludur 2 yaş
Məhərrəmova Fərəh Elnur qızı 2 yaş 7 aylıq
Bağırov Sahib Rəhim oğlu 46 yaş
Kərimova Nazilə Malik qızı 39 yaş
Bağırova Firəngiz Rəhim qızı 60 yaş
Şirinova Zülfiyyə Yavər qızı 43 yaş
Nəcəfzadə Yaşar Fazil oğludur 27 yaş
Eyvazov Davud Hamir oğlu 16 yaş
Eyvazova Ülkər Hamir qızıdır 20 yaş
Həsənova Alla Antonovna 58 yaş
Utuyevsil Yuri Vladimroviç 67 yaş
Yəhyayeva Elmira Əliağa qızı 68 yaş
Boykova Lyubov Viktorovna 87 yaş
Mənbə:> ANSPRESS