Yanğında ölənlərin adları – SİYAHI
Bakıda yaşayış binasında baş verən yanğın nəticəsində ölən 16 nəfərdən 7-nin şəxsiyyəti artıq müəyyənləşib.
AzNews.info xəbər verir ki, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin sədri Şakir Musayev Trend-ə bildirib ki, onların 14-nün meyiti Birliyə gətirilib.
Artıq onlardan 7-nin şəxsiyyəti müəyyənləşib. Onlar Cavadov Ömər Vüqar oğlu (yaş yarımlıq), Kərimova Nazilə Malik qızı (39 yaş), Kərimova Ayan Anar qızı (5 yaş), Hüseynov Ayxan Şahin oğlu (2 yaş), Məhərrəmova Fərəh Elnur qızı (3 yaş) və bacı-qardaş - Bağırov Sahib Rəhim oğlu (46 yaş), Bağırova Firəngiz Rəhim qızıdır (60 yaş).
Mənbə:> Trend