Yanan binada neçə nəfər ölüb? » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Video

Yanan binada neçə nəfər ölüb? – VİDEO

Yanan binada neçə nəfər ölüb?


Ölənlərin sayı ilə bağlı ziddiyyətli məlumatlar yayılır. Bəzi rəqəmlərdə 14, bəzi rəqəmlərdə isə 16 səslənir.

ANS TV-nin məlumatına görə, ən son məlumatı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova açıqlayıb:

“Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq 170 ünvanındakı yaşayış binasında baş vermiş məlum yanğın hadisəsi ilə bağlı bu gün Təcili Tibbi Yardım Xidmətinə 59 müraciət daxil olub. Müraciət əsasında yaralılara ən yüksək səviyyədə yardım göstərilib. Hal-hazırda bu yardım davam etdirilir. Yanğın zamanı xəsarət alanların ümumi sayı 50 nəfər olub.

Yaralılardan yalnız 19 nəfəri müalicəsi davam etdirilir və onların sağlıq durumları isə qənaətbəxşdir. Dünyasını dəyişənlərin sayı isə 14 nəfərdir. Ölənlər arasında ikisi qız, ikisi oğlan olmaqla ümumilikdə 4 azyaşlı var.

Hazırda vəziyyət tam nəzarət altındadır. Yanğın baş verən an nazirliyin rəsmi nümayəndələri hadisə yerində və xəstəxanalarda olublar. Onlar xəstələrin vəziyyəti ilə yaxından tanış olaraq müvafiq tapşırıqlar veriblər”.



----Mayın 19-da Bakının Binəqədi rayonu ərazisində yerləşən yaşayış binasında baş vermiş yanğın nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.
Report.az 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə istinadən xəbər verir ki, hadisə nəticəsində daha bir qadın dünyasını dəyişib.
Məlumata görə, bu, 1947-ci il təvəllüdlü Yahyayeva Elmiradır.
Qeyd edək ki, mayın 19-da səhər saatlarında Binəqədi rayonunun Azadlıq prospektində yerləşən binada 16 mərtəbəli binanın fasadının alışması nəticəsində yanğın qısa zamanda bütün binanı əhatə edib.
Səhiyyə Nazirliyi açıqlama vermişdi ki, yanğın zamanı 14 nəfər ölüb, 54 nəfər isə yaralanıb. Artıq ölənlərin sayı 15 nəfərə çatıb.(Virtualaz.org)

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *