“Latviyanın qəlbi bu günlərdə Azərbaycanladır”
Latviya prezidenti Andris Berzinş ölkəsi adından Bakıda yanğın faciəsi zamanı dünyasını dəyişənlərlə bağlı Azərbaycana dərin hüznlə başsağlığı verib.
ANS PRESS-in məlumatına görə, bu barədə "BNS" prezidentin mətbuat xidmətinə istinadən xəbər yayıb.
Xəbərdə deyilir ki, Andris Berzinş ən dərin hüznlə ölənlərin ailələri və yaxınlarına başsağlığını bildirir və faciədə yaralananların tezliklə sağalmasını diləyir.
“Latviyanın qəlbi bu günlərdə Azərbaycanladır”- deyə Andris Berzinş bildirib.
Qeyd edək ki, mayın 19-da səhər saatlarında Binəqədi rayonunun Azadlıq prospektində yerləşən binada 16 mərtəbəli binanın fasadının alışması nəticəsində yanğın qısa zamanda bütün binanı əhatə edib.
Səhiyyə Nazirliyi açıqlama vermişdi ki, yanğın zamanı 14 nəfər ölüb, 54 nəfər isə yaralanıb. Son məlumatlara görə ölənlərin sayı 15 nəfərə çatıb,
Mənbə:> ANSPRESS