Yanan binanın sakinləri villalara yerləşdirilir » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Yanan binanın sakinləri villalara yerləşdirilir

Yanan binanın sakinləri villalara yerləşdirilir


Bunu bu gün Bakıda yanğın baş verən yaşayış binasının sakinləri ilə görüşündə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov deyib.

Hadisə yerinə baş çəkən icra başçısı sakinlərlə söhbət edib.

H.Abutalıbov bildirib ki, yanğın səbəbindən bu gün evsiz qalan bütün sakinlər müvəqqəti olaraq evlə təmin ediləcək: "Evləri tam yanmış bütün sakinlər ayrı-ayrı yerlərdə - 10 xüsusi villa, koteclər, eləcə də sanatoriyalarda müvəqqəti yerləşdiriləcək".

Onun sözlərinə görə, dəyən ziyandan asılı olmayaraq sakinlərə bu günlük 1000 manat kompensasiya veriləcək: "Sabaha qədər dəyən ziyanın orta məbləği müəyyən ediləcək. Evi yananlara ən yüksək məbləğ veriləcək. Həmçinin məktəbə gedən uşaqlar üçün avtobuslar təşkil olunacaq".

H.Abutalıbov qeyd edib ki, Fövqəladə Hallar Nazirliyi hazırda araşdırma aparır: "Əgər binanın yararsız olması barədə rəy verərsə, bina tam söküləcək, əksinə, yararlı olduğu bildirilərsə, bina yüksək səviyyədə təmir olunacaq, hər cür ev əşyaları və avadanlıqlarla təmin edilərək sakinlərin ixtiyarına veriləcək".

Qeyd edək ki, bu gün Bakıda yaşayış binasında baş vermiş yanğın zamanı ölənlərin sayı 14 nəfərə çatıb, xəsarət alanlar isə 50 nəfərdir ("Trend").

"Yanğın baş vermiş 16 mərtəbəli binanın sakinlərinin hamısı gün ərzində müəyyənləşdirilmiş evlərdə yerləşdiriləcək".

Bunu APA-ya Binəqədi rayonu ərazisində çoxmərtəbəli binada baş vermiş yanğınla əlaqədar prezident İlham Əliyevin sərəncamı ilə yaradılan Dövlət Komissiyasının sədri, baş nazirin müavini Abid Şərifov deyib.

A.Şərifov qeyd edib ki, həmin evlərdə yerləşmək istəməyən ailələrə başqa evlərdə kirayə qalmaq üçün pul veriləcək.

Yanğın zamanı həyatını itirən şəxslərin dəfn xərclərinin dövlət tərəfindən qarşılanacağını bildirən A.Şərifov xəsarət almış şəxslərin müalicəsinin də diqqət mərkəzində olacağını vurğulayıb.

"Bu gün yanğın baş verən Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən 16 mərtəbəli binada 56 ailə qeydiyyatda olub".

Bunu isə APA-ya açıqlamasında Binəqədi Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Aygun Əliyeva bildirib.

A.Əliyeva deyib ki, yanğına qədər binada yaşayanların sayı dəqiq məlum deyil: “Çünki binada kirayə yaşayanlar, ümumiyyətlə, binada ev alsalar da yaşamayanlar da var. Ona görə də binada yaşayanların sayı ilə bağlı dəqiqləşdirmə aparılır”.

A.Əliyeva deyib ki, prezident İlham Əliyevin tapşırığı ilə hazırda Binəqədi RİH tərəfindən bütün zərərçəkənlərin müvəqqəti kirayə evlə təmin olunması sahəsində işlər görülür: “Biz də hazırda hadisə yerindəyik, bütün zərərçəkən sakinlərin qeydiyyatı aparılır. Kimlər kirayə evlə təmin olunmaq barədə müraciət edirsə, ehtiyacı varsa, onların hamısı müvəqqəti olaraq kirayə formasında evlə təmin olunacaqlar”.

A.Əliyeva Binəqədi RİH əməkdaşlarının yanğın zamanı xəsarət alan və xəstəxanada yerləşdirilən sakinlərin yanında olduqlarını da qeyd edib.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *