Evi yananlara ev veriləcək
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov baş vermiş yanğınla əlaqədar açıqlama verib.
ANS PRESS-in hadisə yerində olan əməkdaşının sözlərinə görə, Abutalıbov yanan binanın sakinləri ilə görüşüb.
Mer bildirib ki, yanğına görə evsiz qalan bütün sakinlər müvəqqəti olaraq evlə təmin ediləcək.
Qeyd edək ki, Bakıda Binəqədi rayonunda baş vermiş yanğın zamanı Səhiyyə Nazirliyinin məlumatına görə, 14 nəfər ölüb, 50 nəfər isə xəsarət alıb.
Mənbə:> ANSPRESS