Təcili: yanğında ölü sayı 13-ə çatdı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Təcili: yanğında ölü sayı 13-ə çatdı

Təcili: yanğında  ölü sayı 13-ə çatdı



Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Liliya Bayramova virtualaz.org saytına bildirib ki, ölənlərin sayı 13 nəfərə çatıb, 61 nəfər isə xəsarət alıb.

Hazırda ölənlərin və yaralananların adları dəqiqləşdirilir.

* * *14:50

Virtualaz.org saytının hazırda hadisə yerində olan müxbiri xəbər verir ki, binadakı yanğın artıq söndürülüb.

FHN-in xilasediciləri yanan binadan daha üç nəfərin cəsədini çıxarıblar.

* * *14:33

Yanğın zamanı ölənlərin sayı artmaqdadır. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liliya Bayramova virtualaz.org saytına bildirib ki, ölənlərin sayı 10 nəfərə çatıb, 43 nəfər isə xəsarət alıb.

Virtualaz.org saytının hazırda hadisə yerində olan müxbiri xəbər verir ki, yanğın artıq lokallaşdırılıb.

FHN-in xilasediciləri hazırda binada qalan sakinləri təxliyəsi ilə məşğuldur.

* * *14:15

Virtualaz.org saytının hazırda hadisə yerində olan müxbiri xəbər verir ki, FHN-in xilasediciləri vertolyotların köməyi ilə yanan binanın damına qalxıblar. Onlar yuxarı mərtəbələrdə sağ qalan sakinləri axtaracaqlar.

FHN xilasediciləri iki operativ qrupa bölünərək axtarışlarla məşğuldur. Onlardan biri aşağı, digəri isə yuxarı mərtəbələrdə axtarış aparır.

Yanğın isə hələ də davam edir. Binanın 8, 9 və 10-cu mərtəbələrindəki yanğını söndürmək hələ də mümkün olmayıb.

Bu arada yanğında ölənlərin sayı da artıb. Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Liliya Bayramova virtualaz.org saytına açıqlamasında ölənlərin sayının artı7 7-yə çatdığını deyib. Onun sözlərinə görə, həmin şəxs Respublika Toksikologiya Mərkəzinə çatdırılan həmin şəxs qatı tüstüdən zəhərlənibmiş. Azyaşlı bir neçə dəqiqə əvvəl xəstəxanada keçinib.

L.Bayramova onu da bildirdi ki, daha 17 nəfər Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib. Onların vəziyyəti orta-ağırdır. Daha bir nəfər isə Respublika Yanıq Mərkəzinə yerləşdirilib. Onun vəziyyəti haqda məlumat yoxdur. Daha 3 nəfər isə Travmatologiya Mərkəzinə yerləşdirilib.

* * *14:00

Bakıda Azadlıq prospekti 200/36 ünvanında yanan yaşayış binasında dinc sakinlər qalmaqdadır.

Bu dəqiqələrdə qadın olduqları ehtimal edilən iki sakin binanın 1-ci və 4-cü bloklarının 15-ci mərtəbəsində pəncərədən ağ bayraq yelləyərək, binanı tərk edə bilmədiklərini xəbər veriblər.

Xilasedicilər onları xilas edə bilmirlər, belə ki, hələlik FHN xilasediciləri 6-7-ci mərtəbəyədək qalxa bilirlər.

Hazırda onların xilas edilməsi üzərində iş aparılır.

Məlumata görə, xilasedicilər insanların təxliyyə olunması üçün binanın damında helikopter meydançası quraşdırmağı müzakirə edirlər, belə ki, binada qalan sakinlərin dəm qazından zəhərlənərək ölmə ehtimalları var.

Hazırda yanğın tam olaraq söndürülməyib, üç FHN yanğınsöndürən maşını binanın söndürülməsi ilə məşğuldur.

Binanın üz tərəfi tam olaraq, arxa tərəfi isə yarıyadək yanıb.

İnsanları xilas etmək üçün hadisə yerinə qaldırıcı kran gətirilib.

Qaldırıcı kran insanları xilas edə bilmədiyi üçün hadisə yerinə helikopter cəlb olunub.

Helikopterdən 4-dək xilasedici kəndirlə binanın damına eniblər.

* * *

Virtualaz.org saytının hazırda hadisə yerində olan müxbiri xəbər verir ki, FHN-in xilasediciləri yanan binadan 2 yaşlı uşağı xilas edə biliblər.

Uşaq sağdır, həkimlər ona tibbi yardım göstərir.

Amma binadakı yanğın hələ də davam edir.

Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Liliya Bayramovanın virtualaz.org saytına verdiyi xəbərə görə, artıq ölənlərin də sayı artaraq 6 nəfərə çatıb. Xəstəxanaya yerləşdirilən yaralıların sayı isə 20-yə çatıb.

* * *13:33

Binadakı yanğın hələ davam edir və tam söndürülməyib.

Virtualaz.org saytının hazırda hadisə yerində olan müxbiri xəbər verir ki, yanğını söndürülməsinə Bakının bütün rayonlarından yanğınsöndürmə briqadaları cəlb olunub.

Artıq operativ qərargah da yaradılıb. Qərargah xəsarət alanların və ölənlərin ailə üzvlərini hadisə barədə məlumatlandırır.

* * *13:18

FHN, DİN və Baş Prokurorluq birgə istintaq qrupu yaratdı

“İlkin məlumata görə, Bakıda yanğın baş verən çoxmərtəbəli binada 4 nəfər ölüb, 14 nəfər xəsarət alıb”.

Bunu hadisə yerində olan baş prokuror Zakir Qaralov deyib. Z.Qaralov bildirib ki, yanğınsöndürənlərin arasında da xəsarət alanlar var.

Z.Qaralov onu da deyib ki, yanğınla bağlı Fövqəladə Hallar, Daxili İşlər nazirlikləri və Baş Prokurorluq birgə istintaq qrupu yaradıb. Zakir Qaralov bildirib ki, bu sahədə ixtisaslaşdırılmış kadrlar istintaqa, əməliyyat qrupuna cəlb olunub: “Yanğına ilkin səbəb binanın üzlük örtüyünün lazımı keyfiyyətdə olmamasıdır. İcra orqanlarından təhvil-təslim aktları götürülüb. Bu hərəkətə lazımi qiymət veriləcək”.

* * * 12:54

Virtualaz.org saytının hazırda hadisə yerində olan müxbiri xəbər verir ki, yanğının baş verdiyi bina hazırda polis tərəfindən mühasirəyə alınıb. Jurnalistlər hadisə yerinə buraxılmır.

Müxbirimiz bildirir ki, yuxarı mərtəblərdə başlayan yanğını söndürmək üçün su çatışmır. Yanğını söndürmək hələ mümkün olmayıb. Binanın müxtəlif hissələrində yeni ocaqlar yaranır. FHN-in vertolyotları da alovu söndürməkdə çətinlik çəkir.

Daxili işlər naziri Ramil Usubov, baş prokuror Zakir Qaralov və fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev artıq hadisə yerindədir.

Yanğında xəsarət alanların sayı isə sürətlə artır. İlkin məlumata görə, onların sayı artıq 30 nəfəri keçib. Onların çoxu tüstüdən zəhərlənib.

Ölənlərin sayının da artdığı deyilir.

◀▶

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


The film is adapted in 1998 a cheap air max comic second-Marvel, provides a new face to the vampire movies, White Nike Air Max Air Max White And Black | ZOLL Medical .. While cheap air max 1 Sherlock Holmes has recently appeared in the modern London or Jekyll and Hyde had cheap air max shoes suffered the same fate some years before NBC decides not cheap air zoom to bring back Vlad in our time but in Victorian.

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *