Zakir Qaralov yanğının səbəbini açıqladı
“Bakının Binəqədi rayonunda yanğın binanın üzlüyünün keyfiyyətsiz olması səbəbindən baş verib. İcra orqanlarından təhvil-təslim aktları götürülüb. Bu hərəkətə lazımi qiymət veriləcək”.
“Report”un xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında baş prokuror Zakir Qaralov bildirib.
Qeyd edək ki, hadisə baş verən əraziyə baş prokuror Zakir Qaralov və daxili işlər naziri Ramil Usubov gəlib.
***
Bakının Binəqədi rayonunda baş verən yanğında 4 nəfər ölüb.
ATV.az “report”a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında baş prokuror Zakir Qaralov məlumat verib. O, yaralıların olduğunu da bildirib.
Yaralıların dəqiq sayı bilinmir.
Mənbə:> ATV