Bakının meri söz verdi
Binada yanğın zamanı dəyən ziyandan asılı olmayaraq sakinlərə kompensasiya veriləcək.
ANS PRESS-in hadisə yerində olan əməkdaşının sözlərinə görə, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov sakinlərlə görüşü zamanı deyib.
Sakinlərə bu günlük hələlik 1000 manat kompensasiya veriləcəyəni deyən Abutalıbovun sözlərinə görə, Sabaha qədər dəyən ziyanın orta məbləği müəyyən ediləcək.
Mer bildirib ki, baş vermiş dəhşətli yanğın zamanı evi yananlara ən yüksək məbləğdə kompensasiya veriləcək.
"Əgər bina yararsız olacaqsa, yəni bu barədə rəy verilərsə, bina tam söküləcək. Yox əgər yararlı olarsa, bina təmir olunacaq, hər şeylə təmin ediləcək və sakinlərə veriləcək".
Mənbə:> ANSPRESS