200 illik tarixi bina yanaraq külə döndü
Türkiyənin Konya şəhərində binalardan birində güclü yanğın qeydə alınıb.
ANS PRESS-in məlumatına görə, Konyanın Karatay rayonu Əziziyə məhəlləsində yerləşən iki mərtəbəil tarixi binada yanğın meydana gəlib. Uzun illərdir, heç kimin yaşamadığı binada yanğının baş verməsini məhəllə sakinləri görərək yanğınsöndürənlərə xəbər veriblər.
Haidəsədn xəbər tutan yanğınsöndürən komandaları əraziyə cəlb edilib. Lakin binanın böyük bir hissəsinin taxta materialından ibarət olması onun yanaraq yararsız hala düşməsinə səbəb olub.
1 saat içərisində yanğın tamamilə söndürülüb və yaxınlıqdakı binalara keçməsinin qarşısı alınıb. Lakin istifadə edilməyən 200 illik tarixi bina bilinməyən səbəblədə görə məhv oldu.
Mənbə:> ANSPRESS