FHN çiməliklərlə bağlı işlərə başladı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

FHN çiməliklərlə bağlı işlərə başladı

FHN çiməliklərlə bağlı işlərə başladı



AzNews.info “anspress.com”-a istinadən məlumatına görə, oyunlar çimərlik mövsümünə təsadüf etdiyindən müvafiq qurumlar bu istiqamətdə hazırlıq işlərini artırıb.

FHN Dövlət Sularda Xilasetmə Xidməti I Avropa Oyunları zamanı su hövzələrində təhlükəsizliyin təmin olunması üçün bir sıra tədbirlər həyata keçirir. FHN-nin əməkdaşları Xəzər dənizinin sahil zolağı üzrə monitorinqlər və müşavirələr keçirilib və hal-hazırda da bu istiqamətdə işlər davam edir.

Xidmətin mütəxəssislərilə yanaşı yerli icra orqanlarının da iştirakı ilə keçirilən monitorinqlər zamanı müşahidə olunan nöqsanlar ətraflı öyrənilir və su hövzələrində insanların təhlükəsizliyi üçün zəruri hesab edilən tədbirlərin həyata keçirilməsi üçün lazım olan məlumatlar aidiyyəti orqanların diqqətinə çatdırılır.

Bu il Avropa Oyunları ilə bağlı maarifləndirmə işləri daha geniş istiqamətdə aparılacaq.

“Suda təhlükəsizlik və davranış qaydalarınə əks etdirən İngilis və Azərbaycan dilində 8 min ədəd plakat, braşura, lövhələr hazırlanaraq Dövlət Sularda Xilasetmə Xidmətinin istifadəsinə verilib”, – deyə FHN-nin rəsmisi Cavanşir Həşimov bildirib.

Maarifləndirici braşurlar xarici qonaların və turistlərin olacağı obektlərlə yanaşı yerli sakinlərə da paylanacaq. Eyni zamada I Avropa Oyunları ilə bağlı olaraq bu il su hövzələrinin kənarında quraşdırılacaq maarifləndirici lövhələr beynəlxalq işarələrlə həm Azərbaycan, həm də İngilis dilində yazılmış mətinlərlə hazırlanıb.

Çimərlik mövsümündə həmin lövhələr təyinatı üzrə su hövzələrinin kənarında quraşdırılacaq.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *