Bakıda xüsusi tualetlər quraşdırılacaq
I Avropa Oyunları ərəfəsində Bakıda 30-a yaxın səyyar tualet quraşdırılacaq.
AzNews.info xəbər verir ki, bu barədə Lent.az-a Bakı Şəhəri İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova məlumat verib.
BŞİH mətbuat xidmətinin rəhbəri bildirib ki, səyyar tualetlər oyunların keçiriləcəyi idman arenalarına yaxın ərazilərdə insanların istifadəsinə veriləcək.
Mənbə:> Lent.az