Metroda daha bir yenilik » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Metroda daha bir yenilik

Metroda daha bir yenilik


Metronun "28 May" stansiyasında I Avropa Oyunlarını əks etdirən plakatlar asılıb.

QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, həmin plakatlar “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) tərəfindən yerləşdirilib.

N. Paşayev qeyd edib ki, bu cür plakatlar metronun "Koroğlu", “Gənclik", "Nizami", "Elmlər Akademiyası", "20 Yanvar", “İçərişəhər” stansiyalarında da asılacaq.

Qeyd edək ki, bundan öncə də Bakı metrosunda yeni məlumatlandırıcı tablolar vurulmuşdu. Bakıda keçiriləcək I Avropa Oyunları zamanı şəhərə gələcək turstlərin rahat hərəkət etmələri üçün vurulan məlumatlandırıcı tablolarda informasiyalar azərbaycan və ingilis dilindədir. Bundan başqa, stansiyaların içərisində də azərbaycan və ingilis dilində lazımı elanlar vurulur.

Mənbə: AzərTAc
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *