Metroda qatar sıradan çıxdı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Metroda qatar sıradan çıxdı

Metroda qatar sıradan çıxdı


Bu gün saat 18:20 radələrində Nizami metro stansiyasında qatarların hərəkətində ləngimə olub.

ANS PRESS-in məlumatına görə, "Dərnəgül-Həzi Aslanov" xəttində sərnişinlər 10-12 dəqiqə qatar gözləməli olublar. Bu isə metroda insan sıxlığına səbəb olub.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev ANS PRESS-ə bildirib ki, bu gün saat 18:24 radələrində "28 May" metro stansiyasında "Dərnəgül-Həzi Aslanov" xətti ilə hərəkət edən 21 saylı qatarda texniki nasazlıq olub.

"Buna görə qatar tamamilə boşaldılıb və depoya göndərilib. Onun əvəzinə xəttə yeni qatar buraxılıb. Sərnişinlərin boşaldılması müəyyən vaxt apardığından Nizami metrosunda təxminən 10 dəqiqəlik fasilə yaranıb", - deyə Nəsimi Paşayev qed edib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *